Doktorluq dissertasiyasının müzakirəsi

19 Yanvar 2012

Doktorluq dissertasiyasının müzakirəsi 19.01.2012-ci ildə Kibernetika İnstitutunda “Determenik sistemlərdə qərarqəbuletmənin ədədi üsullаrı”, “Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması”, “Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə problemləri”“Texnoloji avadanlıqların və qurğuların etibarlılığının qiymətləndirilməsi və proqnozlaşdırılması” laboratoriyalarının birləşmiş seminarı keçirilmişdir. Seminarda, r.e.d. K.R.Aydazadənin rəhbərliyi ilə C.A.Əsədovanın 05.13.18- Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri ixtisası üzrə yerinə yetirdiyi “Boru kəməri nəqliyyatı sistemlərində keçid proseslərinin tədqiqatının ədədi üsulları və optimal idarə edilməsi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işinin müzakirəsi keçirilmişdir.

20 Yanvar faciəsinin anım günü qeyd edildi

18 Yanvar 2012

20 Yanvar faciəsinin anım günü qeyd edildi 18.01.2012-ci ildə Kibernetika İnstitutunda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin anım günü qeyd edildi. İclasda İnstitutun direktoru, akademik T.A.Əliyev, müxbir üzv A.H.Hacıyev, professorlar M.A.Quliyev, O.Q.Nüsrətov, K.Ş.Məmmədov, dosent G.G.Abdullayeva və başqaları 1990-cı ilin yanvar qırğını haqqında şahidi olduqları hadisələri danışdılar və qeyd etdilər ki, Qanlı yanvar günü nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini İnstitutun əməkdaşları hər il ümumxalq hüzn günü kimi qeyd edir.

Kibernetika institunda birləşmiş seminar keçirilmişdir

16 Yanvar 2012

Kibernetika institunda birləşmiş seminar keçirilmişdir13.01.2012-ci ildə Kibernetika İnstitutunda “Teletrafik nəzəriyyəsi”, “Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması”, “İntellektual sistemlər”“Neft-qaz obyektlərinin informasiya ölçmə sistemləri” laboratoriyalarının birləşmiş seminarı keçirilmişdir . Seminarda, r.e.d. Ə.K.Kərimovun rəhbərliyi ilə Ü.Ş.Rzayevanın 01.01.09-Diskret riaziyyat və riyazi kibernetika ixtisası üzrə yerinə yetirdiyi “FL-münasibətlər əsasında tanınma sistemlərinin qurulması və analizi” mövzusunda və t.e.d., müxbir üzv A.Z.Məlikovun elmi rəhbərliyi ilə S.H.Əliyevanın 05-13.01 – Sistemli analiz, idarəetmə və informasiyanın emalı ixtisası üzrə yerinə yetirdiyi “Naqilsiz və optiki şəbəkə əlaqələrinin inteqrasiyası üsullarının və alqoritmlərinin işlənilməsi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.

AMEA-da Texnika və fizika-riyaziyyat bölməsinin illik hesabatı keçirilmişdir.

12 Yanvar 2012

AMEA-da Texnika və fizika-riyaziyyat bölməsinin illik hesabatı keçirilmişdir. 11.01.2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında Texnika və fizika-riyaziyyat bölməsinin illik hesabatı keçirilmişdir. Hesabatdan əvvəl bölmənin tərkibinə daxil olan İnstitutların 2011-ci ildə əldə etdikləri nailiyyətləri əks etdirən sərgi təşkil edilmişdir. Sərgidə institut alimlərinin  2011-ci –ildə çap etdirdikləri monoqrafiya və dərsliklər, “Sciense sitation” indeksli , tərcümə  olunan və xaricin nüfuzlu jurnallarında çap etdirdikləri məqalələr nümayiş etdirilmişdir. Kibernetika institutunun direktoru, akademik T.A.Əliyevin məruzəsi dinlənilmişdir.

Doktorluq dissertasiyasının müzakirəsi

12 Yanvar 2012

Doktorluq dissertasiyasının müzakirəsi 10.01.12-ci ildə Kibernetika İnstitutunun dissertasiya şurasının elmi seminarı keçirilmışdir. Seminarda AMEA-nın həqiqi üzvü, t.e.d, prof. Ə.M.Abbasovun elmi məsləhəti ilə İsbəndiyar Müseyib oğlu Əliyevin texniki elmlər doktoru elmi adını almaq üçün  05.13.01- Sistemli analiz , idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə yerinə yetirdiyi  “Qlobal informasiya şəbəkələrinin sintezi üçün model və metodların  işlənməsi və inkişaf  etdirilməsi” mövzusunda  doktorluq dissertasiya işinin  müzakirəsi keçirilmişdir.

AMEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinin illik hesabatı iclası keçirildi.

27 Dekabr 2011

AMEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinin illik hesabatı iclası keçirildi. 27.12.11-ci ildə AMEA-nın Radiasiya Problemləri İnstitutunda Fizika-riyaziyyat və texnika  elmləri bölməsinin illik hesabatı iclası keçirildi. İclası giriş sözü ilə FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev açdı. Sonra  Fizika İnstitunun Elmi işlər üzrə direktoru müavini, AMEA-nın müxbir üzvü C. Ş. Abdinovun, Kibernetika İnstitutunun direktoru, akademik T.A.Əliyevin, İnformasiya –Kommunikasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü R.M. Əliquliyevin, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası İnstitutunun direktoru,  Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Ə. S. Quliyevin, Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini,  Fizika-riyaziyyat elmləri doktoru S.Ə. Əliyevin,  Radiasiya Problemləri İnstitutunun direktoru, Kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü A.A.Qəribovun  rəhbərlik etdikləri İnstitutlarda 2011-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatları dinlənildi.

Doktorluq dissertasiyasının müzakirəsi

23 Dekabr 2011

Doktorluq dissertasiyasının müzakirəsi
23 dekabr 2011-ci ildə
Kibernetika İnstitutunda Д 01.121 - dissertasiya şurasında Rzayev Ramin Rza oğlunun 05.13.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Qeyri-müəyyənlik şəraitində adaptiv qərarların qəbul edilməsinə dəstək verən üsullar və vasitələr (iqtisadi proseslərin və hadisələrin tədqiqində)” mövzusunda texnika elmləri doktoru elmi adı almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə müdafiəsi keçirilmişdir.


Назад Вперед
                                            


 

Sayt Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutuna aiddir.
Bütün Hüquqlar Qorunur © 2010-2011
Saytı hazırladı: KM web studio